[b]“Təqvim dəyişikliklərinə hazır deyilik” – EPFL prezidenti[/b]
17.04.2018 - 23:31
[b]“Təqvim dəyişikliklərinə hazır deyilik” – EPFL prezidenti[/b]

Avropa Futbol Liqaları Assosiasiyası (EPFL) dünya çempionatının final mərhələlərində iştirakçıların sayının 48-ə artıq 2022-ci ildə çatdırılmasının əleyhinədi. Apasport.az saytının məlumatına görə, Azərbaycan Peşəkar Futbol Liqasının da üzvü olduğu qurum FİFA-nın belə yeniliyinə qarşı sərt münasibətini  bəyan edib.

 

Qurumun prezidenti Lars-Krister Olsson FİFA-dan olan həmkarı Canni İnfantinonun ideyasının DÇ-2022-yə tətbiqi ilə mübarizə aparacaqlarını vəd edib. Öncədən bu sayın DÇ-2026-dan artacağı bildirilsə də, FİFA artıq Qətərdəki mundialda 48 yığmanı bir araya gətirməyi planlaşdırır.

 

Olsson bildirib ki, liqalar buna hazır deyil: “Biz DÇ-2022 ilə bağlı təqvim dəyişikliklərinə hazır deyilik. Qətərdəki yarışın qışda keçirilməsinə icazə verəndə yumşaqlıq göstərmişik. Bütün tarixlər razılaşdırılıb. Final mərhələsinin vaxtının uzadılmasına heç kim hazır deyil”.

0