[b]3-cü divizion klubu finalda[/b]
18.04.2018 - 01:26
[b]3-cü divizion klubu finalda[/b]

Fransa kubokunda yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk finalçı 3-cü divizionda çıxış edən iki komandanın mübarizəsində müəyyənləşib.

 

“Le Erbye” 2 cavabsız qolla “Şambli”ni məğlub edib. Aşağı dəstə təmsilçisinin rəqibi bu gün baş tutacaq digər yarımfinalda bəlli olacaq. “Kan” öz meydanında PSJ ilə qarşılaşacaq.

 

Qeyd edək ki, final görüşü mayın 8-də baş tutacaq.

 

Fransa kuboku

Yarımfinal

17 aprel

“Le Erbye” – “Şambli” – 2:0

Qollar: David, 28, Qbono, 80

0