[b]Aquero üçün mövsüm bitdi[/b]
18.04.2018 - 09:40
[b]Aquero üçün mövsüm bitdi[/b]

“Mançester Siti”nin hücumçusu Serxio Aquero əməliyyat olunub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard dizindəki zədəyə görə cərrah bıçağı altına uzanıb.

 

Ötən ay “Mançester Yunayted”lə keçirilən qarşılaşmada Eşli Yanqın müdaxiləsindən sonra xəsarət alan 30 yaşlı futbolçu üçün mövsüm başa çatıb. Lakin həkimlər onun dünya çempionatına qədər sıraya dönəcəyini proqnozlaşdırıblar.

 

Qeyd edək ki, Serxio Aquero bu mövsüm bütün turnirlərdə 30 qola imza atıb.

0