Kişi basketbolçuların Avroliqa turnirində pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 görüş keçirilib.
“Ximki”ni qəbul edən MOİK çətinliklə olsa da, seriya hesabında önə keçə bilib. “Panatinaikos”un qonağı olan Madrid “Real”ı isə ağır məğlubiyyətlə üzləşib.
Avroliqa
Pley-off
MOİK (Rusiya) – “Ximki” (Rusiya) – 98:95
MOİK: Rodriqes (22 xal, 5 assist, 2 ribaund, 1 top oğurlama)
“Ximki”: Şved (22 xal, 6 assist, 5 ribaund, 2 top oğurlama)
Seriyada hesab: 1-0 (MOİK)
“Panatinaikos” (Yunanıstan) – “Real” (İspaniya) – 95:67
“Panatinaikos”: Ceyms (24 xal, 8 ribaund, 3 assist, 1 top oğurlama), Kalates (11 xal, 16 assist, 6 ribaund, 1 top oğurlama)
“Real”: Tompkins (12 xal, 7 ribaund, 3 assist, 1 top oğurlama)
Seriyada hesab: 1-0 (“Panatinaikos”)