[b]Müller yalnız Müllerdən geri qalır [/b]
18.04.2018 - 10:42
[b]Müller yalnız Müllerdən geri qalır  [/b]

Almaniya kubokunun yarımfinalı çərçivəsində “Bavariya”nın Leverkuzen “Bayer”ini 6:2 hesabı ilə məğlub etdiyi matçda Tomas Müller het-triklə yadda qalıb. Apasport.az saytının “Opta”ya istinadən məlumatına görə, 28 yaşlı futbolçu bu turnirdə 25-ci dəfə fərqlənib.

 

Müller hazırda “Bavariya”nın Almaniya kubokundakı bombardirləri sıralamasında Karl-Haynts Rummeniqqe ilə birlikdə ikinci pilləni bölüşür. Təkcə Herd Müller onlardan daha çox, 78 qol vurub.

 

“Bavariya” Müllerin Almaniya kubokunda fərqləndiyi 18 matçın hamısından qalib ayrılıb.

0