[b]İngiltərədə də qış fasiləsi[/b]
18.04.2018 - 13:14
[b]İngiltərədə də qış fasiləsi[/b]

İngiltərə Premyer Liqasında yenilik edilməsi barədə razılıq əldə olunub. Apasport.az saytının məlumatına görə, ölkənin Futbol Assosiasiyası, Premyer Liqa və Futbol Liqası çempionatda qış fasiləsinin tətbiqi barədə ortaq məxrəcə gəlib.

 

2019/20 mövsümündən İngiltərə klubları da qış fasiləsinə çıxacaq. Bu fasilə yanvarda başlayacaq və fevraladək davam edəcək. Azarkeşlər və televiziya şirkətlərini nəzərə alan funksionerlər Miladda oyunların keçirilməsi ilə bağlı ənənəni dəyişməyib. Komandaların eyni vaxtda deyil, növbə il ən azı 13 günlük fasiləyə əldə edəcəyi gözlənilir.


 

0