[b]“VAR-ın Çempionlar Liqasında istifadəsi qaçılmazdı” - UEFA prezidenti[/b]
18.04.2018 - 14:35
[b]“VAR-ın Çempionlar Liqasında istifadəsi qaçılmazdı” - UEFA prezidenti[/b]

UEFA videotəkrar sisteminin (VAR) Çempionlar Liqasında (ÇL) tətbiqinə tələsmir. Apasport.az saytının məlumatına görə, bunu qurumun prezidenti Aleksander Çeferin açıqlayıb.

 

O bildirib ki, 2018/19 mövsümündə VAR-dan istifadə olunmayacaq. Çeferin yeniliyin ÇL-də tətbiqinin 2019/20 mövsümündə mümkün olmasını qeyd edib: “ÇL “Ferrari” və ya “Porşe” kimidi. Dərhal əyləşib, sürə bilməzsən. Əvvəl məşq etməli, sınaqdan keçirməlisən. Hər kəs bilməlidi ki, necə işləyir. Bu üzdən də VAR-ın turnirdə peyda olması hələ tezdi. Amma sistemin qitənin ən nüfuzlu klub turnirində istifadəsi qaçılmazdı. Buna görə də tələsmək lazım deyil. Real baxsaq, VAR-ın ÇL-in 2019/20 mövsümündə istifadəsi mümkündü”.

 

Qeyd edək ki, VAR-dan bu ilin yayında Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsində də istifadə olunacaq.

0