[b]Voleybolçularımız Fransada 1/4 finalda dayandı[/b]
18.04.2018 - 14:50
[b]Voleybolçularımız Fransada 1/4 finalda dayandı[/b]

Qadın voleybolçular arasında Fransa çempionatında 1/4 final mərhələsinin oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin görüşləri Azərbaycan millisinin üzvləri üçün məğlubiyyətlə yekunlaşıb.

 

Yığmamızın hücumçusu Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venel” yarımfinala gedən yolda “Mulhaus”a uduzub. Belə ki, komandalar ilk 2 görüşdə hərəyə bir qələbə qazandığından qalib üçüncü matçda müəyyənləşib. Səfərdə baş tutan oyunda “Venel” 2 seti aktivinə yazsa da, son nöqtəni qoya bilməyib və “Mulhaus” rəqibini 3:2 (19:25, 20:25, 25:18, 25:19, 15:8) hesabı ilə məğlub edib. Qurbanova qarşılaşmada 9 xal toplayıb.

 

Millimizin blokçusu Olena Həsənova formasını geyindiyi “Le Kann” isə “Sen-Rafael” səddini keçə bilməyib. Onlar da əlavə - üçüncü matçda məğlubiyyətə üzülüblər – 0:3 (17:25, 22:25, 20:25). Həsənova matçda 5 xal yığıb.

 

0