[b]Yığmanın gücü “Keşlə”yə çatdı[/b]
18.04.2018 - 15:26
[b]Yığmanın gücü “Keşlə”yə çatdı[/b]

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, milli “Keşlə”nin U-17 komandası ilə qarşılaşıb.

 

Görüş Azər Məmmədovun kollektivinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Millimizin heyətində Həsən Seyfullayev dubl edibsə, digər qollara Bəhruz Tanrıverdiyev, Nurəli Nurəliyev və Vaqif Həsənov imza atıb.

 

Mənbə: affa.az

0