[b]“Real”ı dayandıracaq komanda varsa...” - Rummenigge[/b]
18.04.2018 - 18:27
[b]“Real”ı dayandıracaq komanda varsa...” - Rummenigge[/b]

“Bavariya”nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge komandanın Çempionlar Liqasındakı şanslarını dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, komandasının finala adlayacağına inandığını bildirib.

 

Yarımfinaldakı rəqibləri “Real”ı güclü kollektiv hesab edən Rummenigge Münhen təmsilçisinin də şansının az olmadığını düşünür: “Əgər “Real”ı dayandıracaq komanda varsa, o da “Bavariya”dı. Stabilliyi qorumalı və oyundan-oyuna irəliləməliyik. Almaniya Kubokunda “Bayer”lə (6:2) matçdakı çıxışdan razı qaldım. Bütün futbolçular ruh yüksəkliyi ilə mübarizə apardılar”.

 

Qeyd edək ki, “Bavariya” ilə “Real” arasındakı oyunlar aprelin 25-də və mayın 1-də keçiriləcək.

0