[b]Boksçularımızın rəqibləri bəlli oldu[/b]
18.04.2018 - 18:04
[b]Boksçularımızın rəqibləri bəlli oldu[/b]

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında keçiriləcək Avropa birinciliyinin püşkü atılıb. Apasport.az-ın Azərbaycan Boks Federasiyasının saytına istinadən məlumatına görə, yarışa 10 oğlan və 1 qız idmançı ilə qatılan Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri məlum olub.

 

Bu gün start götürəcək birinciliyin ilk günündə Nəbi İsgəndərovla Məhəmməd Yusifov rinqə çıxacaq. Təmsilçilərimiz 1/16 finaldan mübarizəyə başlayacaqlar. Onlarla yanaşı, Nurlan Səfərov da yarışa bu mərhələdən start verəcək.

 

Qeyd edək ki, Avropa birinciliyi bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri də daşıyır. Oğlanların yarışında 49 kq çəki dərəcəsi istisna olmaqla, digər kateqoriyalarda 2000-2001-ci il təvəllüdlü idmançılar arasında ən yaxşı nəticə göstərən Olimpiadaya vəsiqə əldə edəcək. Qızların yarışında isə 4 çəki dərəcəsində (51 kq, 57 kq, 60 kq, 75 kq) ən yaxşı yeniyetmə Buenos Ayresdə çıxış etmək hüququna yiyələnəcək.

 

18 aprel

1/16 final

56 kq. Nəbi İsgəndərov – Aleks Baki (Macarıstan)

75 kq. Məhəmməd Yusifov – Vilmantas Sirius (Litva)

 

19 aprel

1/16 final

60 kq. Nurlan Səfərov – Stefan Kirkorov (Bolqarıstan)

 

1/8 final

81 kq. Zaur Musayev – Damyan Zavieruşinski (Polşa)

91 kq. İsmayıl Yaqubov – Viktor Yurk (Almaniya)

 

20 aprel

1/8 final

49 kq. Maqsud Xasmetov – Ramil Əliyev (Belarus)

52 kq. Həsən İbrahimov – İbrahim Bukedim (Fransa)

64 kq. Səbuhi Abışov – Erdonis Maliqi (Kosovo)/Arman Dabaqyan (Polşa)

69 kq. Nicat Həsənov – Stefan Ristanoviç (Serbiya)

 

21 aprel

1/8 final

60 kq. Ruhanə Məmmədova – Françeska Delle Piane (İtaliya)

 

1/4 final

+91 kq. Vüqar Səmədov – Oskar Kopera (Polşa)

0