[b]Maksimov "Sumqayıt"ın futbolçusunu vurdu[/b][b] - VİDEO[/b]
18.04.2018 - 18:33
[b]Maksimov "Sumqayıt"ın futbolçusunu vurdu[/b][b] - VİDEO[/b]

Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən “Sumqayıt” – “Keşlə” matçında qonaqlar baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun çalışdırıcısı Yuri Maksimov texniki zonadan uzaqlaşdırılıb.

 

Buna səbəb onun "Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə münaqişə yaşamasıdı. Belə ki, qarşılaşmanın 72-ci dəqiqəsində Bəxtiyarın texniki zona yaxınlığında Sezar Meza Kollini sürüşmə fəndi ilə yıxmasından sonra ona etirazını kobud şəkildə bildirən və təpiklə ayağına vuran ukraynalı mütəxəssis Əliyar Ağayev tərəfindən tribunaya göndərilib.

 

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüşdə “Sumqayıt”ın baş məşqçisi Samir Abasov texniki zonadan qovulmuşdu.

0