Tərlan Əhmədov: ...istefa verəcəm

“İstədiyimiz oyunu sərgilmədik. Komanda özünə bənzəmirdi. Arxayınlığın əvəzini ağır ödədik. Öz səhvlərimizdən uduzduq. Kubokla vidalaşdıq və fikrimizi çempionata cəmləməliyik. 3-4-cü yerlər uğrunda mübarizə aparmağa çalışacağıq. Yenə deyirəm, istədiyim futbolu meydanda görmədim. Bu oyunu unutmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Neftçi” ilk matçda 2:1 hesabıyla qalib gəldiyi “Qəbələ”ni qəbul edib. “Ağ-qaralar” 1:3 hesabıyla uduzaraq mübarizən dayandırıb.

 

Matçdan sonra mətbuat konfransı keçirən Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

 

- İstədiyiniz futbolu görməməyinizin səbəbi nə idi?

- Topla oynayan futbolçuları meydana buraxmışdım. Meydanda komanda oyunu görmədim. Cinahlar hücumlara kömək edə bilmədi. Kubokun ilk matçından sonra “Zirə”yə də qalib gəlmişdik. Ola bilər ki, arxayınlıq var idi. Hesabı açdıqdan sonra bəlkə də rahatlaşdıq. Bu da baha başa gəldi. Rəqibin hücum xətti çox güclüdü.

 

- Kubokda mübarizəni dayandırmaq sizi necə motivasiya edəcək?

- İstəyirəm ki, komanda yaxşı olsun. Münəccim deyiləm, məğlub olmuşuqsa, unutmalıyıq. Səhvlərimizi analiz edib, çempionata köklənməliyik. Qışdan əvvəl komandada ruh düşkünlüyü var idi, ancaq bunu aradan qaldırmışdıq. Komanda özünü motivasiya edə biləcək. Futbolçular bu vəziyyətdən çıxa bilərlər.

 

- Ruslan Abışov penaltiyə səbəb oldu. Onu nə üçün əvəzləmdiz?

- Elə futbolçuları həmin anda əvəzləmək düzgün deyil. Səhvsiz insan yoxdu. Yığma üzvüdü. Səhv edibsə, dəstək olmaq lazımdı. Bir oyunla hər şey bitmir. Qarşıda 5 matç var. Onu uzun futbol həyatı gözləyir. Belə anda onunla davam etməyi lazım bildim.

 

- Əgər çempionatda da avrokuboklara vəsiqə qazanmasaz, istefa verəcəksiz?

- Bəli, istefa verəcəm.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10