[b]PSJ finalda[/b]
19.04.2018 - 09:23
[b]PSJ finalda[/b]

Fransa kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci finalçı “Kan”la PSJ arasında keçirilən matçda müəyyənləşib.

 

Rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradan Paris təmsilçisi adını finala yazdırıb. PSJ həlledici qarşılaşmada III divizion təmsilçisi “Le Erbye” ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, final matçı mayın 8-də baş tutacaq.

 

Fransa kuboku

Yarımfinal

18 aprel

 

“Kan” – PSJ – 1:3

Qollar: Diomande, 43 – Mbappe, 25, 81; Nkunku, 90+5

0