[b]Onlar finala buraxılmayacaq[/b]
19.04.2018 - 10:11
[b]Onlar finala buraxılmayacaq[/b]

Azərbaycan kubokunun final oyununu 3 futbolçu buraxacaq. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunlarında sarı vərəqə alan futbolçulardan üçü həlledici görüşü buraxacaq.

 

Buna həmin oyunçuların turnirdə 2-ci dəfə xəbərdarlıq alması üzündən cəzalı duruma düşməsi səbəb olub. “Qəbələ”nin itkiləri daha böyükdü.

 

“Qırmızı-qaralar” “Neftçi” üzərində 3:1 hesablı qələbə qazansa da, Ürfan Abbasov və Ruslan Qurbanovun xidmətindən məhrum olub. Maraqlidi ki, sonuncu ehtiyat oyunçular skamyasında oturduğu vaxt cəzalanıb.

 

“Qəbələ”nin finaldakı rəqibi “Keşlə” də həlledici qarşılaşmaya itki ilə çıxacaq. Paytaxt təmsilçisi Fuad Bayramovu itirib.

0