[b]“Shamkir Chess 2018” heç-heçələrlə başladı - YENİLƏNİB[/b]
19.04.2018 - 21:09
[b]“Shamkir Chess 2018” heç-heçələrlə başladı - YENİLƏNİB[/b]

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı şahmat azarkeşlərinin böyük ümid bəslədiyi qrossmeysterimiz Şəhriyar Məmmədyarov beşinci dəfə keçirilən turnirin ilk turunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

 

Ağ fiqurlarla mübarizə aparan Məmmədyarov rəqibi ilə sülh bağlayıb.

 

Digər təmsilçilərimiz – Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalov, Rauf Məmmədov isə çexiyalı David Navara ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Teymurla Rauf da bərabərliklə yadda qalıb.

 

Ümumiyyətlə, ilk turda baş tutan 5 görüşün hamısında qrossmeysterlər xalları yarı bölüblər.

 

 

“Shamkir Chess 2018”

19 aprel

I tur

Veselin Topalov (Bolqarıstan, 2749) - Teymur Rəcəbov (Azərbaycan, 2748) - 0,5:0,5

Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778) - 0,5:0,5

Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Maqnus Karlsen (Norveç, 2843) - 0,5:0,5

David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (Azərbaycan, 2704) - 0,5:0,5

 

Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq.

0