[b]“Barselona”ya “yox” dedi, “Mançester Siti”yə keçir[/b]
19.04.2018 - 11:02
[b]“Barselona”ya “yox” dedi, “Mançester Siti”yə keçir[/b]

“Barselona”nın hücumameylli yarımmüdafiəçisi Adria Bernabe klubdan ayrılmaq qərarına gəlib. Apasport.az saytının “Diario Sport”a istinadən məlumatına görə, 16 yaşlı futbolçu rəhbərliyə yayda “Mançester Siti”yə keçmək istədiyini bildirib.

 

Bernabenin agentləri Karles Puyol və İvan de la Penya daha öncə “Arsenal”ın təklifini geri çevirmişdilər.

 

Qeyd edək ki, Bernabe 12 yaşından bəri “Barselona”nın aşağı yaş qruplarında məşq edir.

0