Milli Xokkey Liqasının (NHL) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 4 qarşılaşma keçirilib.
Şərq konfransında müntəzəm çempionatı lider kimi bitirən “Tampa-Bey Laytninq” səfərdə “Nyu-Cersi Devilz”i məğlub edərək, seriya hesabındakı fərqi ikiyə çıxarıb. “Pittsburq Pinqvinz” isə “Filadelfiya Flayerz” üzərində növbəti qələbəsini qazanıb.
Qərb konfransında da iki görüş oynanılıb. “Neşvill Predatorz” səfərdə “Kolorado Evelanş”ı məğlub edərək, konfrans yarımfinalı yolunda böyük üstünlük əldə edib. “Anahaym Daks”a qalib gələn “San-Xose Şarks” isə seriyanı 4:0 öndə bitirərək, “Veqas Qolden Nayts”ın rəqibi olub.
NHL
Pley-off, ilk tur
Şərq konfransı
“Filadelfiya Flayerz” - “Pittsburq Pinqvinz” – 0:5
Seriyada hesab: 3-1 (“Pittsburq”)
“Nyu-Cersi Devilz” - “Tampa-Bey Laytninq” – 1:3
Seriyada hesab: 3-1 (“Tampa-Bey”)
Qərb konfransı
“Kolorado Evelanş” - “Neşvill Predatorz” – 2:3
Seriyada hesab: 3-1 (“Neşvill”)
“San-Xose Şarks” – “Anahaym Daks” – 2:1
Seriyada hesab: 4-0 (“San-Xose” konfrans yarımfinalına yüksəlib)