[b]Monte-Karlo: Nadal və Cokoviç 1/8 finalda[/b]
19.04.2018 - 12:54
[b]Monte-Karlo: Nadal və Cokoviç 1/8 finalda[/b]

Monte-Karloda kişi tennisçilərin “Masters 1000” seriyalı turniri davam edir. Apasport.az saytının məlumatına görə, 1/8 finalçıların kimliyinə aydınlıq gəlib.

 

Dünyanın bir nömrəsi Rafael Nadal Alyaj Bedene ilə qarşılaşıb. 1 saat 19 dəqiqə davam edən oyunda rəqibinə cəmi 4 qeym verən ispan raketka ustası adını son 16 tennisçi sırasına yazdırıb.

 

Novak Cokoviç isə Borna Çoriçlə üz-üzə gəlib. Çətinliklə üzləşməsinə baxmayaraq, sonda qələbə qazanan serb tennisçi 1/8 finalda Dominik Timə rəqib olub.

 

Monte-Karlo Masters

1/16 final

 

Daniil Medvedev (Rusiya) – Key Nisikori (Yaponiya) – 0:2 (5:7, 2:6)

Roberto Bautista-Aqut (İspaniya) – Felisiano Lopes (İspaniya) – 2:0 (6:3, 7:6)

Karen Xaçanov (Rusiya) – Jil Simon (Fransa) – 2:0 (6:2, 6:2)

Fabio Fonyini (İtaliya) – Yan-Lennard Ştruff (Almaniya) – 0:2 (4:6, 2:6)

Novak Cokoviç (Serbiya) – Borna Çoriç (Xorvatiya) – 2:0 (7:6, 7:5)

Filipp Kolşrayber (Almaniya) – Albert Ramos (İspaniya) – 2:0 (6:4, 6:2)

Rişar Qaske (Fransa) – Dieqo Şvartsman (Argentina) – 2:0 (6:2, 6:1)

Gilyermo Qarsiya-Lopes (İspaniya) – Andreas Seppi (İtaliya) – 1:2 (6:4, 3:6, 5:7)

Miloş Raoniç (Kanada) – Marko Çekkinato (İtaliya) – 2:0 (7:6, 6:2)

Rafael Nadal (İspaniya) – Alyaj Bedene (Sloveniya) – 2:0 (6:1, 6:3)

Fernando Verdasko (İspaniya) – Marin Çiliç (Xorvatiya) – 0:2 (3:6, 6:7)

 

Qeyd edək ki, Monte-Karlo turnirinə aprelin 22-də yekun vurulacaq.

0