[b]Ronaldo şəxsi rekordunu təkrarladı[/b]
19.04.2018 - 13:46
[b]Ronaldo şəxsi rekordunu təkrarladı[/b]

İspaniya La Liqasının XXXIII turu çərçivəsində “Atletik”lə qarşılaşan “Real” 1:1 hesablı heç-heçəyə razı olub. Apasport.az saytının məlumatına görə, Madrid klubunun yeganə qolunun müəllifi Kriştianu Ronaldo olub.

 

Ardıcıl 12-ci oyunda fərqlənən portuqaliyalı şəxsi rekordunu təkrarlayıb. Bu müddət ərzində o, rəqib qapılarına 22 dəfə yol tapıb.

 

Primeroda aktivində 24 qol olan Ronaldo bombardirlər sıralamasına başçılıq edən Lionel Messidən (“Barselona”) 5 top geri qalır.

0