[b]“Messiyə xətər yetirsəm, Argentinaya qayıda bilmərəm”[/b]
19.04.2018 - 15:32
[b]“Messiyə xətər yetirsəm, Argentinaya qayıda bilmərəm”[/b]

“Sevilya”nın müdafiəçisi Qabriel Merkado İspaniya Kral Kubokunda “Barselona” ilə oynanılacaq final öncəsi rəqibin lideri Lionel Messi haqda fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu millidəki komanda yoldaşının ünvanına təriflər yağdırıb:

 

“Leoya xətər yetirsəm, Argentinaya qayıda bilmərəm. Qaydanı pozmaqla onun qarşısını almaq olmur. Arxasınca qaçırsan, izləyirsən, ancaq o, öz oyunundan zövq almağa davam edir. Messi ən yaxşıdı. Bu, müzakirəsiz belədi. Meydanın, demək olar ki, hər yerindədi; qol vurur, məhsuldar ötürmə verir...”

 

Merkado İspaniya kubokunu qazanmağın xəyalını qurduqlarını da bildirib: “Müdafiə baxımından çox iş görməliyik. İdeal oynamalıyıq. Titulun xəyalını qururuq”.

 

Qeyd edək ki, final görüşü aprelin 21-də keçiriləcək.

0