[b]“Çelsi” gənc məşqçi axtarışında[/b]
19.04.2018 - 17:01
[b]“Çelsi” gənc məşqçi axtarışında[/b]

Antonio Kontenin mövsümün sonunda “Çelsi”dən ayrılacağı gözlənilir. Apasport.az saytının “Telegraph”a istinadən məlumatına görə, “zadəganlar” yeni baş məşqçinin axtarışlarına başlayıb. Roman Abramoviç və onun məsləhətçiləri müxtəlif variantları gözdən keçirirlər.

 

Luis Enrike, Massimiliano Alleqri (“Yuventus”), Mauritsio Sarri (“Napoli”) və Leonardu Yardim (“Monako”) kimi mütəxəssislərin adları “Çelsi” ilə birgə hallanır.

 

Həmçinin “Telegraph” iddia edir ki, “Çelsi”nin gələcəyi düşünüb, gənc məşqçilərdən birinə şans vermək ehtimalı da var. Mümkün namizədlər sırasında Eusebio Di Françesko (“Roma”), Yulian Naqelsmann (“Hoffenhaym”) və David Vaqner (“Haddersfild”) var.

0