[b]Şəmkirdə növbəti sülh günü - YENİLƏNİB[/b]
20.04.2018 - 20:00
[b]Şəmkirdə növbəti sülh günü - YENİLƏNİB[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, bu gün II turun görüşləri keçirilib.

 

Azərbaycanlı şahmat azarkeşləri üçün ən maraq doğuran məqam iki qrossmeysterimizin bir-biri ilə qarşılaşması olub. Belə ki, Teymur Rəcəbovla Rauf Məmmədov rəqib olub. Rəcəbov ağ, Məmmədov isə qara fiqurlarla çıxış edib və görüş sülhlə nəticələnib.

 

İlk turda dünya çempionu Maqnus Karlsenlə bərabərə qalan Şəhriyar Məmmədyarov bu dəfə Radoslav Voytaşeklə görüşüb. Şahmatçımız polşalıya qarşı qara fiqurlarla mübarizə aparıb. Bu partiyada da qalib müəyyənləşməyib.

 

Ümumiyyətlə, ötən tur olduğu kimi bu dəfə də bütün oyunlar heç-heçə yekunlaşıb.

 

 

“Shamkir Chess 2018”

II tur

 

20 aprel

Sergey Karyakin (Rusiya, 2778) - Dinq Liren (Çin, 2778) - 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan, 2748) - Rauf Məmmədov (Azərbaycan, 2704) - 0,5:0,5

Radoslav Voytaşek (Polşa, 2744) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - 0,5:0,5

Maqnus Karlsen (Norveç, 2843) - David Navara (Çexiya, 2745) -  0,5:0,5

Veselin Topalov (Bolqarıstan, 2749) - Aniş Giri (Hollandiya, 2777) - 0,5:0,5

 

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarış 9 turdan ibarət olacaq.

 

Turnir cədvəli: Karlsen, Məmmədyarov, Dinq, Karyakin, Giri, Topalov, Rəcəbov, Navara, Voytajek, Məmmədov – hamısı 1 xal.

0