Azərbaycanı olimpiadada təmsil edəcək üç şahmatçının adı açıqlanıb
27.05.2008 - 13:49
Azərbaycanı olimpiadada təmsil edəcək üç şahmatçının adı açıqlanıb
Bakı. Kənan Həsənov - APA-Sport. Avqustun 15-dən 24-dək Türkiyənin Mersin şəhərində 16 yaşadək şahmatçılar arasında növbəti olimpiada keçiriləcək. “APA-Sport” agentliyinin milli komandanın baş məşqçisi Fikrət Sideifzadəyə istinadən verdiyi məlumata görə, bu nüfuzlu yarışda Azərbaycan yığması da iştirak edəcək. İkinci dəfə qatılacağımız olimpiadada yeniyetmələr arasında Avropa və dünya çempionu Eltac Səfərli, Vasif Durarbəyli və Ayaz Məmmədovun iştirak edəcəyi dəqiqləşib. Heyətə cəlb ediləcək daha iki şahmatçının adı Zaqatalada keçiriləcək seçmə turnirin yekununa əsasən bəlli olacaq.
Qeyd edək ki, milli komandamız iki il əvvəl Türkiyədə təşkil olunan analoji yarışda 3-5-ci pillələri bölüşüb.
0