“Onun özünəməxsus gülüşü həmişə yadımdadı”

“Açılışdan sonra debütdə üstünlük qazandım”. Apasport.az saytının məlumatına görə, bu sözlər çexiyalı şahmatçı David Navaraya məxsusdu.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinin ilk turunda azərbaycanlı qrossmeyster Rauf Məmmədovla qarşılaşan Navara bərabərliklə kifayətlənib.

 

Yarışın mətbuat xidmətinə danışan çexiyalı idmançı üstünlüyü əldən verdiyini deyib: “Çox maraqlı vəziyyət yaranmışdı. Təəssüf üstünlükdən istifadə edə bilmədim. Rauf çox dəqiq oynadı. Vəziyyəti bərabərləşdirdi və üstünlüyü qaytarmağa imkan vermədi. Amma qələbə qazanmaq imkanım var idi".

 

Mərhum Vüqar Həşimov barədə də danışan Navara onunla oynadığı turnirləri yada salıb: "Həşimovu çox yaxşı xatırlayıram. Vüqar hər zaman partiyada vəziyyəti dəyişməyi bacarırdı. Onunla indiyə qədər 9 dəfə qarşılaşmışıq. Beş oyunda Vüqar qələbə qazanıb. Onun yoxluğunu qəbul etmək çox çətindi. Bir insanı illər ərzində tanıyırsan, sonra onun dünyasını dəyişdiyini eşidirsən. Həşimovun özünəməxsus gülüşü həmişə yadımdadı. Şəmkir turnirində hər zaman onu xatırlayırıq".

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10