[b]“Böyük beşlik” ölkələrində elitanı tərk edən ilk klub[/b]
20.04.2018 - 10:25
[b]“Böyük beşlik” ölkələrində elitanı tərk edən ilk klub[/b]

İspaniya La Liqasını tərk edən ilk komanda bəlli olub. Apasport.az saytının məlumatına görə, “Malaqa”nın gələn mövsümü II La Liqada keçirəcəyi artıq rəsmiləşib.

 

Bu, XXXIII turda “Levante” ilə matçda gerçəkləşib. Belə ki, rəqibinə 0:1 hesabı ilə məğlub olan “Malaqa”nın son 5 turda 17-ci pillədəki kollektivə çatmaq şansı qalmayıb. Bununla Əndəlüs təmsilçisi “böyük beşlik” ölkələrində yüksək liqanı tərk edəcəyi dəqiqləşən ilk klub olub.

 

Qeyd edək ki, son 10 ili La Liqada keçirən “Malaqa” 2011-12 mövsümündə 4-cü yeri tutmuşdu.

0