“Vüqarın debütlərinə qarşı ciddi hazırlaşırdıq” - Teymur Rəcəbov

“Açılışdan sonra üstünlük yox idi”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı şahmatçı Teymur Rəcəbov deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” superturnirinin ilk turunda Bolqarıstan təmsilçisi Veselin Topalovla heç-heçə edən Rəcəbov yarışın mətbuat xidmətinə oyun haqda fikirlərini bildirib: “Bərabər səviyyəli oyun izlədik. Bəlkə də, kənardan fərqli görünürdü. Şəmkirdə həmişə güclü rəqiblər olub. Ona görə ehtiyatlı oyundan söhbət gedə bilməz. Hər şahmatçı mümkün qədər çox xal qazanmağa çalışır".

”Shamkir Chess 2018” barədə danışan Rəcəbov superturnirlərin dünya və Avropa çempionatlarından fərqləndiyini bildirib: "Mənim üçün superturnirlər həmişə dünya, Avropa çempionatlarından seçilir. Komanda yarışlarında, eləcə də, digər turnirlərdə hədəf qələbə olur. Lazım olanda risk etməkdən çəkinmirsən. Superturnirlər həmişə daha böyük yarışlara hazırlıq məqsədi daşıyır".

Vüqar Həşimovun xatirə turnirinin yüksək səviyyədə təşkil olunduğunu deyən Azərbaycan şahmatçısı onunla bağlı xatirələrini bölüşüb: “Vüqar çox güclü şahmatçı olub. Yadımdadı, onun debütlərinə qarşı ciddi hazırlaşırdıq. Həşimov istənilən vəziyyəti öz xeyrinə dəyişməyi bacarırdı. Veyk-An-Zee superturnirində oynamışıq, o vaxt mən qələbə qazanmışdım. Ümumi oyunlarımızda xal fərqi yadımda deyil. Statistikanı xatırlamaq çətindi. Lakin Rusiyada klubların çempionatındakı görüşü heç vaxt unutmayacam. İki saatlıq partiya heç-heçə yekunlaşmışdı. Amma oyunun təhlili 3 saat vaxt apardı. Yəni o qədər maraqlı partiya alınmışdı ki, təhlili oyundan çox olmuşdu".

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10