[b]“Kəpəz”in futbolçusu fərdi məşqlərə başladı[/b]
20.04.2018 - 12:12
[b]“Kəpəz”in futbolçusu fərdi məşqlərə başladı[/b]

“Kəpəz”in zədəli futbolçusu Dedimar Ferreyranın müalicəsi davam edir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisinin tibbi personalı bərpa prosesi keçən legionerin durumunu açıqlayıb.

 

Ferreyranın müalicəsində irəliləyiş olduğu bildirilir. Dedimar artıq fitnes məşqləri ilə fərdi qaydada hazırlıq keçir.

 

Qeyd edək ki, müdafiəçinin diz bağlarında gərilmə var. Bu səbəbdən brazilyalı uzun müddətdi kollektiv məşqlərdə və oyunlarda iştirak edə bilmir.

 

0