Yığmamız Türkiyəyə 21 futbolçu ilə gedir

2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, turnirdə komandamızla yanaşı, Gürcüstan və Türkiyə yığmaları mübarizə aparacaq.

 

Yunanıstan yığması turnirdə iştirakdan imtina etdiyi üçün Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət  yığması 2-ci komanda kimi yarışa qatılacaq.

 

Aşağı yaş qruplarından ibarət milli komandalar üzrə Avropa çempionatlarının elit raundu və final mərhələsi başa çatmadığı üçün UEFA-nın keçirdiyi yarışlarda 2003-cü il təvəllüdlülərdən ibarət yığma komandalar U-15 hesab olunur. Azərbaycanda isə yığma komandaların heyəti müəyyənləşdirilərkən növbəti seçmə mərhələ nəzərdə tutulduğu üçün bir yaş daha kiçik futbolçular cəlb olunur. Buna görə Antalyada keçiriləcək UEFA İnkişaf turnirində Azər Məmmədovun baş məşqçisi olduğu U-16 iştirak edəcək. Amma 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma həmin yarışda Azərbaycan U-15 komandası adlanacaq.

 

Turnir üçün yığmamıza 21 futbolçu çağırılıb: Rəşad Həsənov, Əbil Əbilov, Vaqif Həsənov (hamısı “Keşlə”), Ümid Səmədov, Həsən Seyfullayev (hər ikisi “Kəpəz”), Mirismayıl Rəhimov, Elnur Əliyev (hər ikisi “Qarabağ”), Kamal Kazımov, Mehrac Baxşəliyev, Ülvü Mədətov, Süleyman Damadayev , Vüsal Mirzəzadə (hamısı “Qəbələ”), Nihad Cəfərov (“Neftçi”), Ayxan Cabbarov (SAVEDALENS, İsveç), Vüsal Qənbərov (“Texnofootball”, İspaniya), Kamran Şabiyev, Fərrux  Fərzəliyev, Bəhruz Tanırverdiyev, Vüsal Vəliyev (hamısı “Vətən”), Cəlal Hüseynov, Gülağa Əsədov (hər ikisi “Zirə”).

 

Qeyd edək ki, millimiz aprelin 23-də Türkiyə-2, 25-də Gürcüstan, 27-də Türkiyə ilə qarşılaşacaq.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10