[b]“Arsenal”da Venger erasının sonu[/b]
20.04.2018 - 13:26
[b]“Arsenal”da Venger erasının sonu[/b]

“Arsenal”ın baş məşqçisi Arsen Vengerin mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, fransız mütəxəssisin vida məktubu London klubunun saytında yerləşdirilib.

 

Məktubda qeyd olunub: “Diqqətlə düşündükdən və klubla apardığımız danışıqlardan sonra mənim üçün ən münasib zamanda - mövsümün sonunda ayrılmaq qərarına gəldim. Uzun illər bu kluba xidmət etmək şərəfinə nail olduğum üçün minnətdarlıq duyuram. Sədaqətlə və dürüst bir şəkildə klubu idarə etməyə çalışdım. “Arsenal”a xidmət edən hər kəsə, oyunçulara, direktorlara və bu klubu xüsusi klub halına gətirən azarkeşlərə təşəkkür edirəm. Azarkeşlərimizi klubu dəstəkləməyə çağırıram. Bütün “Arsenal” sevərlər, klubun dəyərlərinin qeydinə qalın. Sevgim və dəstəyim həmişə sizinlə olacaq”.

 

Qeyd edək ki, 1996-cı ildən “Arsenal”a rəhbərlik edən Arsen Venger bu dövr ərzində 3 dəfə İngiltərə Premyer Liqasının, 7 dəfə Federasiya Kubokunun və 7 dəfə İngiltərə Superkubokunun qalibi olub.

0