"Koutinyo, Jezus..." – Neymarın mundial təxminləri

PSJ və Braziliya yığma komandasının hücumçusu Neymar qarşıdan gələn futbol üzrə 2018-ci il dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu mundialda parlayacağını düşündüyü oyunçuların adlarını sadalayıb.

 

“Bu, dünya çempionatıdı, burda dünyanın ən yaxşı futbolçuları toplanıb. Ancaq Koutinyo və Jezusun daha çox ön plana çıxacağını düşünürəm. Ümid edirəm, belə də olacaq. Salah ən güclü millilərdən birində oynamaya bilər, ancaq onun da turnirə damğa vuracağına inanıram. Həmçinin, mundialda Azar, De Bröyne və Suares kimi futbolçular da olacaq” – deyə, Neymar bildirib.

 

Neymar mundialda çıxış edən futbolçulara Braziliya ilə oyunlar istisna, digər matçlarda uğurlar arzu edib: “Turnirin ən güclü komandalarından birinin parçası olduğum üçün xoşbəxtəm. Ümid edirəm ki, dünya çempionatına yollanacaq bütün futbolçular Braziliya ilə görüşlər istisna olmaqla, digər qarşılaşmalarda özlərini yaxşı tərəfdən göstərəcəklər”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10