“Ona həmişə minnətdar olacağıq” - "Arsenal"ın sahibi

“Arsenal”ın səhmlərinin böyük hissəsinin sahibi Sten Kronke baş məşqçi Arsen Vengerin mövsümün sonunda klubdan ayrılmaq qərarına münasibət bildirib. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, amerikalı biznesmen futbolsevərlərin fransız mütəxəssisə təşəkkür borcu olduğunu deyib:

 

“Bizim üçün ən ağır günlərdən biridi. Vengerin meydanda və meydandan kənar fəaliyyətləri “Arsenal”a gəlişimizin əsas səbəblərindən idi. Kiminsə uzun müddət onun kimi ən yüksək səviyyədə stabilliyini qoruyub saxlayacağına inanmıram. “Arsenal”ın səviyyəsi müqayisəolunmazdı. Həmişə ona minnətdar olacağıq. “Arsenal”ı və futbolu sevən hər kəsin Vengerə təşəkkür borcu var”.

 

Kronke “topçular”ın azarkeşlərindən Arsen Vengerlə ən yaxşı şəkildə sağollaşmalarını xahiş edib: “Məğlubedilməzlər” mövsümü də daxil olmaqla, 3 Premyer Liqa titulu, 7 kubok zəfəri və Çempionlar Liqasında 20 il... Bunlar inanılmaz nəticələrdi. Oyuna baxışı ilə klubun və İngiltərə futbolunun kimliyini dəyişdi. Milyonlarla azarkeşimizdən bizə qoşulmalarını və nəinki “Arsenal”, dünya futbolunun ən böyük simalarından biri ilə ən yaxşı şəkildə vidalaşmalarını rica edirik”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 27 19 5 3 36-13 62

2.

Qəbələ

27 14 7 6 43-25 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10