[b]Əliyar Ağayevin Avropa sınağı: 5 “sarı”, 1 “qırmızı”, “Barselona” finalda[/b]
20.04.2018 - 21:36
UEFA Gənclər Liqasının yarımfinal mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı FİFA referisi Əliyar Ağayev bu mərhələdə iş başında olub.
Ağayev “Mançester Siti” – “Barselona” görüşündə ədaləti təmsil edib. Nyonda keçirilən oyun kataloniyalıların 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Matç ərzində hər iki tərəfdən 5 oyunçuya sarı vərəqə ilə xəbərdarlıq edən Ağayev, 36-cı dəqiqədə İngiltərə təmsilçisinin üzvü Lorenzo Qonzalezi ikinci xəbərdarlıqla meydandan qovub.
Qeyd edək ki, yarımfinalın digər görüşündə “Çelsi” “Portu”nu penalti seriyasında üstələyib.
0
0