[b]Fikrət Orman Bakıya gəlir[/b]
21.04.2018 - 10:40
[b]Fikrət Orman Bakıya gəlir[/b]

“Beşiktaş”ın prezidenti Fikrət Orman bu gün Azərbaycana təşrif buyurur. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, səfər bir günlük planlaşdırılır.

 

Belə ki, ölkəmizdə onun adına futbol turniri təşkil ediləcək. Klub prezidenti Azərbaycan “Beşiktaş”lılar Dərnəyi tərəfindən təşkil olunan turnirin açılışını etmək üçün Bakıya gəlir. O, 1903 Qara Qartallar Dərnəyinin prezidenti Cengiz Sarıkaya ilə birlikdə ölkəmizdə yaşayan “Beşiktaş” azarkeşləri ilə də görüşəcək.

 

Orman axşam saatlarında İstanbula dönəcək və komandasının Superliqada “Yeni Malatyaspor”la oyununu tribunadan izləyəcək.

0