[b]“Lokomotiv”dən ardıcıl 2-ci çempionluq - YENİLƏNİB[/b]
21.04.2018 - 18:56
[b]“Lokomotiv”dən ardıcıl 2-ci çempionluq - YENİLƏNİB[/b]

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün komandalar ikinci dəfə üz-üzə gəliblər.

 

3-cü yer uğrunda görüşdə “Neftçi” MOİK-lə qarşılaşıb. İlk oyunda rəqibini üstələyən “Neftçi” yenə qələbə qazanıb və bürünc medallara sahib çıxıb.

 

Ardından qızıl medal uğrunda yarışan “Lokomotiv”lə “Sərhədçi” münasibətlərinə aydınlıq gətirib. “Dəmiryolçular” iki gün əvvəl olduğu kimi, yenə qələbə qazanmaqla ardıcıl 2-ci dəfə Azərbaycan çempionu adına yiyələnib.

 

 Yüksək Liqa

21 aprel

İkinci oyunlar

 

Final

“Lokomotiv” – “Sərhədçi” – 3:1 (25:15, 25:16, 21:25, 28:26)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

İlk oyun – 3:0

 

 

3-cü yer uğrunda

“Neftçi” – MOİK - 3:1 (25:22, 25:20, 22:25, 25:19)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

İlk oyun – 3:1 

 

0