[b]4 boksçumuz 1/4 finalda[/b]
21.04.2018 - 13:32
[b]4 boksçumuz 1/4 finalda[/b]

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. Apasport.az-ın Azərbaycan Boks Federasiyasının saytına istinadən məlumatına görə, yarışın üçüncü günündə millimizin 7 idmançısı rinqə çıxıb.

 

Onlardan dördü adını 1/4 finala yazdırıb. Belə ki, 49 kq çəki dərəcəsində qüvvəsini sınayan Maqsud Xasmetov Ramil Əliyevlə (Belarus) döyüşüb. 1/8 final mərhələsi çərçivəsində baş tutan görüş həmyerlimizin 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə başa çatıb. Xasmetov 1/4 finalda sabah rusiyalı Dimitri Batyayla üz-üzə gələcək.

 

60 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Səfərov ikinci görüşünü də aktivinə yazıb. Həmyerlimiz rusiyalı Kaqir Minatullayevlə gərgin keçək görüşdə 3:2 (26:30, 29:28, 29:28, 29:28, 27:30) hesabı ilə qalib gəlib. O, bu gün 1/4 finalda Nikolay Terteryanla (Danimarka) döyüşəcək.

 

Digər boksçumuz Səbuhi Abışov (64 kq) Arman Dabaqyanla (Polşa) üz-üzə gəlib. Həmyerlimiz rəqibinə heç bir şans verməyib – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27). O, 1/4 finalda Sebastyan Terteryanla (Danimarka) üz-üzə gələcək. Döyüş sabah keçiriləcək.

 

Yığmamızın 69 kq-dakı təmsilçisi Nicat Həsənovun da startı uğurlu alınıb. O, 1/8 finalda Stefan Ristanoviçi (Serbiya) yarışdan kənarlaşdırıb. Boksçumuz növbəti döyüşündə bu gün Mikita Buçko (Belarus) ilə gücünü yoxlayacaq.

 

Boksçularımızdan Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq) və Məhəmməd Yusifov (75 kq) isə məğlubiyyətə üzülərək, yarışla vidalaşıblar.

0