[b]8 oyunda 6 qələbə[/b]
21.04.2018 - 14:54
[b]8 oyunda 6 qələbə[/b]

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. Apasport.az-ın “Qəbələ”nin saytına istinadən məlumatına görə, Gənclər Liqasında “Kəpəz”in qonağı olan “qırmızı-qaralar” səfərdən 3 xalla dönüb – 3:1.

 

21 matçda 55 xal toplayan komanda 1-ci pillədə qərarlaşıb. 

 

U-17 səfərdə “Ağsu”nu məğlub olub – 4:1. 28 görüşdə 70 xal yığan “Qəbələ” yarışın lideridi. U-16 evdə “Turan”ı 7:1, səfərdə “Kəpəz”i 1:0 hesabı ilə yenib. 25 oyunda topladığı 61 xalla turnir cədvəlinə başçılıq edir.

 

“Neftçi” İK İB ilə qarşılaşan U-15 qolsuz heç-heçəyə imza atıb – 0:0. 24 görüşdə 59 xal toplayan “qırmızı-qaralar” çempionatın vahid lideridi.

 

U-14 “Sumqayıt” üzərində qələbə qazanıb – 2:0. 23 qarşılaşmadan sonra 60 xala malik komanda Paytaxt zonasının lideridi. U-13 “Qarabağ”a 4:1 hesabı ilə qalib gəlib. 22 oyunda 53 xal toplayan “Qəbələ” Paytaxt zonasında 3-cüdü.

 

Qızlar arasında Yüksək Liqada mübarizə aparan “Qəbələ” səfərdə “Təhsil”ə məğlub olub – 1:3. 14 matçda 32 xal toplayan komanda 3-cü pillədə qərarlaşıb.

0