[b]Batşuayinin qiyməti açıqlandı[/b]
21.04.2018 - 16:42
[b]Batşuayinin qiyməti açıqlandı[/b]

Dortmund “Borussiya”sı müqavilə ilə “Çelsi”yə məxsus olan Mişi Batşuayini transfer etmək arzusundadı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundesliqa təmsilçisi bununla bağlı qarşı tərəflə danışıqlara başlayıb.

 

Hazırda “Borussiya”da icarə əsasında çıxış edən 24 yaşlı forvard 10 oyunda 7 qola imza atmağı bacarıb. London klubu Belçika millisinin üzvünün transfer qiymətinin 58 milyon avro olduğunu bəyan edib.

 

Qeyd edək ki, aprelin 15-də “Şalke” ilə keçirilən qarşılaşmada zədələnən Mişi Batşuayi üçün mövsüm başa çatıb.

0