[b]Finalın ən məhsuldar oyunçuları müəyyənləşdi[/b]
21.04.2018 - 22:02
[b]Finalın ən məhsuldar oyunçuları müəyyənləşdi[/b]

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasının 2-ci final oyununun ən yaxşıları məlum olub. Apasport.az saytının məlumatına görə, “Lokomotiv” – “Sərhədçi” qarşılaşmasının (3:1) ən məhsuldar oyunçuları Vüqar Bayramov və Dmitri Obodnikov olub.

 

Öz komandalarının lideri olan voleybolçuların hərəsi 18 xal toplayıb. Pərviz Səmədov isə “dəmryolçular”a 15 xal qazandırıb.

 

Qeyd edək ki, “Lokomotiv” final seriyasının hər iki oyununda qalib gələrək ardıcıl 2-ci çempionluğunu bayram edib.

0