[b]“Qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik” – “Zirə”nin məşqçisi[/b]
21.04.2018 - 23:00
[b]“Qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik” – “Zirə”nin məşqçisi[/b]

“Futbolçular ilk hissədə tam olmasa da, müəyyən qədər onlara verilən tapşırıqları yerinə yetirdilər”. Apasport.az “Zirə” klubunun feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu sözləri komandanın məşqçisi Elnur Çodarov deyib.

 

Baş məşqçi Ayxan Abbasov cəzalı olduğu üçün komandaya texniki zonadan rəhbərlik edən çalışdırıcı Topaz Premyer Liqasının XXIV turunun “Keşlə” ilə oyunu haqda fikirlərini açıqlayıb: “İkinci hissədə isə heç nədən 2 qol buraxdıq. Çox çalışsaq da, hesabı xeyrimizə dəyişə bilmədik. Bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Rəqibi təbrik edirəm”.

 

Qeyd edək ki, “Zirə”nin ilk topu vurduğu oyunda “Keşlə” 2:1 hesablı əzmkar qələbə qazanıb.

0