[b]“Mançester Yunayted” “Arsenal”a çatdı[/b]
22.04.2018 - 01:35
[b]“Mançester Yunayted” “Arsenal”a çatdı[/b]

“Mançester Yunayted” İngiltərə kubokunda 20-ci dəfə finala yüksəlib. Apasport.az saytının məlumatına görə, “Tottenhem”i 2:1 yenən mançesterlilər bununla da turnirin rekorduna şərik olub.

 

Belə ki, indiyədək buna ən çox nail olan “Arsenal” final həyəcanı yaşayıb. London klubu 13 dəfə kuboku başı üzərinə qaldırıbsa, 7 dəfə finalda uduzub.

 

Eyni sayda məğlubiyyəti olan “Mançester Yunayted” isə 12 kuboku qazanıb. 20-ci finala yüksəlməklə “Arsenal”ın bir rekordunu təkrarlayan komanda həlledici matçdakı qələbə ilə daha bir göstəricidə şərik ola bilər.

0