[b]Mahmudov komandasına kömək edə bilmədi[/b]
22.04.2018 - 13:23
[b]Mahmudov komandasına kömək edə bilmədi[/b]

“Ayntraxt”ın U-19 komandası gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, frankfurtlular 24-cü tur çərçivəsində doğma meydanda “Ştutqart”la qarşılaşıb.

 

Görüş “Ayntraxt”ın məğlubiyyəti ilə başa çatıb – 1:3.

 

“Ayntraxt”dan intizamsızlığına görə kənarlaşdırılan millimizin üzvü Renat Dadaşov artıq komandasının heyətində deyil. Amma Frankfurt təmsilçisində çıxış edən digər futbolçumuz Murad Mahmudov isə görüşə start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib. 

 

Qeyd edək ki, keçirdiyi 23 matçdan sonra aktivində 23 xal olan “Ayntraxt” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

0