[b]Nazarovun qolu məğlubiyyətdən qaçmağa yetmədi[/b]
22.04.2018 - 18:40
[b]Nazarovun qolu məğlubiyyətdən qaçmağa yetmədi[/b]

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Erzgebirge” klubunun yarımmüdafiəçisi II Bundesliqanın XXXI turunun iştirakçısı olub.

 

O, komandasının “Dyusburq”la ev matçında meydana çıxıb. Start heyətində yer alan Nazarov sona qədər meydanda olub. Onun komandası bu qarşılaşmada 1:3 hesabı ilə məğlub olub.

 

Dmitri matçın 83-cü dəqiqəsində hesab 0:2 olarkən fərqi azaltsa da, sonradan daha bir qol buraxan Aue təmsilçisi məğlubiyyətlə barışmalı olub.

 

Bu məğlubiyyətdən sonra “Erzgebirge” 31 oyunda 39 xal toplamaqla, turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

0