Rauf Məmmədov: Əsas mübarizə istirahət günündən sonra olacaq

“ShamkirChess 2018” superturnirində IV tur sona çatıb. Apasport.az saytının məlumatına görə, hesabat turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov polşalı Radoslav Voytaşeklə heç-heçə oynayıb. 


Rauf mətbuat konfransında partiya haqqında bunları deyib: “Bir qədər fərqli oyun oldu. Üstünlük qazandığımı hesab edirdim. Sonradan oyun bərabərləşdi. Voytaşek mümkün qədər sakit oynamağa can atırdı. Nəticədə partiya bərabərliklə başa çatdı. Fikrimcə şahmatçılar bir qədər ehtiyatlı oynayırlar. Ardıcıl 4 tur heç-heçə oynamaq pis nəticə deyil. Müəyyən mənada yorğunluq özünü göstərir. Əsas mübarizə istirahət günündən sonra olacaq.

Şəmkirdə ən güclü şahmatçılar mübarizə aparır. Ona görə hər biri çox diqqətlidir. Belə heyətdə yer almaq çox xoşdur. Bəzən reytinqi düşünərək risk etmək olmur. Digər tərəfdən partiyalarda böyük üstünlük qazanılmayıb. Əksər görüşlər bərabər səviyyədədir. Hazırda kimin qalib gələcəyini söyləmək mümkün deyil. Son turları gözləmək lazımdır”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10