Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, yarışda bu gün V turun oyunları təşkil olunub.
Yığmamızın liderlərindən Şəhriyar Məmmədyarovla Rauf Məmmədov ağ fiqurlarla oynayıb. Onlar müvafiq olaraq, Aniş Giri və Sergey Karyakinlə üz-üzə gəlib və heç-heçə ilə razılaşıblar.
Digər həmyerlimiz Teymur Rəcəbov isə Dinq Lirenlə qarşılaşıb. “Sülhsevər oğlan” qara fiqurlarla bu gün də ənənəsinə sadiq qalıb.
“Shamkir Chess 2018”
V tur
23 aprel
Dinq Liren (Çin, 2778) - Teymur Rəcəbov (Azərbaycan, 2748) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Aniş Giri (Hollandiya, 2777) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan, 2704) - Sergey Karyakin (Rusiya, 2778) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2843) - Radoslav Voytaşek (Polşa, 2744) - 1:0
David Navara (Çexiya, 2745) - Veselin Topalov (Bolqarıstan, 2749) - 0:1
Turnir cədvəli: Topalov - 3,5 xal; Karlsen - 3; Karyakin, Məmmədov, Rəcəbov, Giri, Dinq - 2,5; Navara, Voytajek, Məmmədyarov – 2.