[b]Salah Premyer Liqanın ən yaxşısı seçildi[/b]
23.04.2018 - 10:06
[b]Salah Premyer Liqanın ən yaxşısı seçildi[/b]

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah bu ada layiq görülüb.

 

“Qırmızılar”ın heyətində möhtəşəm mövsüm keçirən misirli oyunçu David De Xea (“Mançester Yunayted”), Kevin De Bröyne, Leroy Sane, David Silva (hamısı “Mançester Siti”) və Harri Keynlə (“Tottenhem”) mübarizədən qalib ayrılıb.

 

Mövsümün ən yaxşı gənc oyunçusu isə Sane seçilib. Almaniya millisinin üzvü Ederson Moraes (“Mançester Siti”), Rayan Sessenyon (“Fulhem”), Rahim Sterlinq (“Mançester Siti”), Harri Keyn (“Tottenhem”) və Markus Reşfordu (“Mançester Yunayted”) üstələyib.

 

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm Premyer Liqada 34 turdan sonra 31 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb. Leroy Sanenin isə aktivində 9 qol, 12 assist var.

0