[b]18 min azarkeş, atəşfəşanlıq – Neapolda qələbə sevinci - VİDEO[/b]
23.04.2018 - 10:36
[b]18 min azarkeş, atəşfəşanlıq – Neapolda qələbə sevinci - VİDEO[/b]

Kalidu Kulibalinin 90-cı dəqiqədə vurduğu qol sayəsində “Yuventus”u səfərdə 1:0 hesabı ilə məğlub edən “Napoli” “qoca sinyora” ilə arasındakı xal fərqini 1-ə endirib. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, Neapol sakinləri “Yuve” üzərindəki qələbəni böyük coşğu ilə qeyd ediblər.

 

18 minə yaxın insan gecə saat 3 radələrində sevimli futbolçularını qarşılamaq üçün Kapodikino aeroportuna axışıb. Yaranan tıxac səbəbindən, azarkeşlərin bəziləri avtomobillərini yolda saxlayaraq, ayaqla hava limanına qədər olan məsafəni qət ediblər. Bununla yanaşı, Neapolda atəşfəşanlıq olub.

 

Qeyd edək ki, İtaliya A Seriyasında mövsümün bitməsinə 4 tur qalıb.

 

 

0