[b]“Azərbaycan millisi döyüşkən komandadı” – bosniyalı məşqçi[/b]
23.04.2018 - 11:37
[b]“Azərbaycan millisi döyüşkən komandadı” – bosniyalı məşqçi[/b]

“Turnirdəki ən çətin oyunumuz Azərbaycan yığmasına qarşı oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri 16 yaşadək qızlardan ibarət Bosniya və Herseqovina millisinin baş məşqçisi İliya Luçiç deyib.

 

O, UEFA İnkişaf turnirinin son turunun Azərbaycanla qarşılaşması haqda fikirlərini açıqlayıb. Mütəxəssis 2:1 hesablı qələbədən məmnunluğunu gizlətməyib: “Bu görüşdə qələbə qazandıq və yarışın qalibi adına yiyələndik. Bilirdik ki, Azərbaycan millisi döyüşkən komandadı. Futbolçularımızı da buna uyğun hazırlamışdıq. Çox maraqlı oyun alındı. Bu qələbəyə görə özümüzü xoşbəxt hiss edirik”.

 

0