[b]"Stadion Vengerin adını daşısın" – petisiya başladı[/b]
23.04.2018 - 12:00
[b]"Stadion Vengerin adını daşısın" –  petisiya başladı[/b]

“Arsenal” azarkeşləri Arsen Vengerin adının əbədiləşdirilməsini istəyirlər. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, fanatlar “Emireyts” stadionunun fransız çalışdırıcının adını daşımasını tələb edirlər.

 

Bu məqsədlə petisiya başladılıb. Sabiq “Arsenal” futbolçuları - Pol Merson və Alan Smit kimi isimlər də ideyanı dəstəkləyirlər. “Emireyts” qismini çıxarmalıdılar, onsuz da, maliyyəyə ehtiyacları yoxdu. Stadion sadəcə Arsen Vengerin adını daşısın” – deyə, Merson “Sky Sports News”a açıqlamasında bildirib.

 

Smit isə bunları deyib: “Bura onun stadionudu. Buranı o, inşa edib. “Emireyts Arsen Venger” stadionu adlandırsalar da, olar. Arsen buna layiqdi”.

 

Qeyd edək ki, stadion önündə Arsen Vengerə heykəl qoyulmasını tələb edən azarkeşlərin sayı da az deyil.

0