[b]Yığmamızın İsveçlə oyunlarının vaxtı dəqiqləşdi[/b]
23.04.2018 - 14:12
[b]Yığmamızın İsveçlə oyunlarının vaxtı dəqiqləşdi[/b]

Kişi voleybolçulardan İbarət Azərbaycan millisinin Avro-2019-un seçmə mərhələsindəki oyunlarından ikisinin keçirilmə günü dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri qitə çempionatına avqustun 15-də start verəcəklər.

 

Komandamız həmin gün Bakıda İsveç yığmasını qəbul edəcək. Bu millilər arasında cavab qarşılaşması isə 2019-cu il yanvarın 9-na təyin edilib.

 

Qeyd edək ki, voleybolçularımız İsveçlə yanaşı, Yunanıstan və Lüksemburqla birgə G qrupunda yer alıb.

0